SOYQIRIM VƏ ETNİK TƏMİZLƏMƏ AKTLARINA QARŞI BEYNƏLXALQ MÜBARİZƏ DİQQƏT MƏRKƏZİNDƏ OLMUŞDUR
Konfransda xüsusilə nəzərə çatdırılmışdır ki, Sudanda, Burundidə, İndoneziyada, Zimbabvedə, Çeçenistanda və Cənubi Qafqazda cərəyan edən regional münaqişələrin həllinin uzadılması bu bölgələrin etnik əhalisinə qarşı soyqırım və etnik təmizləmələrlə müşayiət oluna biləcək təhlükələrə zəmin yaradır.
İştirakçı dövlətlərin təmsilçiləri soyqırım və etnik təmizləmə aktlarına qarşı qlobal mübarizə aparan Haaqa Beynəlxalq Məhkəməsi və BMT Konvensiyalarının işinə yardımçı ola biləcək beynəlxalq strukturların sayını artırmaq təklifi ilə çıxış etmişlər. BMT-nin baş katibi Kofi Annanın “BMT yanında Soyqırım və Etnik Təmizləmələrə Qarşı Daimi Mübarizə Komitəsi”nin təsis olunması barədə təklifi bəyənilmişdir. Soyqırım və etnik təmizləmə cəhdlərinə qarşı beynəlxalq mübarizənin fəal mexanizmlərini işləyib hazırlamaq BMT-nin yeni daimi komitəsinin əsas vəzifələrindən biri olacaqdır.