“SÖZ-SÖZƏ” ƏDƏBİ BİRLİYİNDƏ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti nəzdində “Söz-sözə” ədəbi birliyinin növbəti məclisində yeni şer və hekayələr oxunub müzakirə edilmişdir. 1994-cü ildən fəaliyyət göstərən birliyin sədri, filologiya elmləri namizədi Nəzakət Məmmədli ədəbi aləmdə yeni addımlar atan gənclərin şer və hekayələri barədə fikir, arzu və iradlarını bildirmişdir.
İndiyədək birlik üzvlərinin öz vəsaitləri hesabına 3 almanax nəşr olunmuşdur.