Spiker: ABŞ Moldovaya bəzi maliyyə yardımlarını bərpa edəcək
Kişineu, 7 aprel, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Moldovada bəzi layihələrin maliyyələşdirilməsini bərpa edəcək.
AZƏRTAC Moldova mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ-dan işgüzar səfərdən qayıdan Moldova Parlamentinin spikeri İqor Qrosu deyib. "Bəzi layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılıb. Yaxşı siqnallar var. Layihələrin adını çəkmək istəmirəm, amma bizim eşitdiyimiz layihələr var, onlar prioritet sahələrdədir”, - deyə İqor Qrosu bildirib.
Xatırladaq ki, Donald Tramp vəzifəyə gəldikdən sonra ABŞ-ın Moldovaya maliyyə layihələrini dayandırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]