STOLÜSTÜ TENNİS ÜZRƏ BAKI BİRİNCİLİYİNİNQALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzində stolüstü tennis üzrə Bakı birinciliyinə yekun vurulmuşdur. Paytaxtın 8 idman cəmiyyəti və klubunu təmsil edən 60-dək idmançının mübarizə apardığı yarışın nəticələrinə görə, “Neftçi” İSM-in üzvü Fərhad İsmayılov kişilər, “Aztelekom”un təmsilçisi Rüfət Quliyeva isə qadınlar arasında şəxsi birinciliyin qalibi olmuşlar. Qoşa yarışlarda Ramin Cəfərov – Anar Məmmədov cütlüyü kişilər, Roza Moiseyeva – Fatma Hüseynova cütlüyü isə qadınlar arasında birinci yer tutmuşlar. Qarışıq qoşa yarışlarda Ramin Cəfərov – Diana Rovnyakova dueti fərqlənmişdir.
Xatırladaq ki, daha əvvəl başa çatmış komanda birinciliyində “Təhsil” və “Aztelekom” idmançıları, müvafiq olaraq, oğlan və qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]