Azərbaycan Dövlət İnformasiya Agentliyi

Strasburq – yolların kəsişməsində yerləşən şəhər

Bakı, 27 fevral, Emil Eyyubov, AZƏRTAC

Əvvəllər “Argentoratum” və “Strastburqum” adlanmış, sonradan isə Strasburqa çevrilmiş, 2 min il əvvəl Roma legionerlərinin düşərgəsinin yerində - Reyn çayının sahilində salınmış şəhərin adı “Yol kənarında qala” mənasındadır. İndi Strasburq Almaniya və İsveçrənin sərhədində yerləşən və Fransanın tarixi əyaləti olan Elzasın paytaxtıdır. Əsrlərboyu bu şəhər Fransa və Almaniya arasında mübahisə obyekti kimi birindən digərinə keçib. Təsadüfi deyil ki, bu gün Strasburq hər iki ölkənin xalqlarının barışıq rəmzi sayılır və Avropa paytaxtı kimi qəbul olunur. Şəhərin çoxlu görməli mədəni məkanları olan mərkəz hissəsi bütünlükdə UNESCO-nun dünya irsi siyahısına daxil edilib.

Strasburqun zəngin tarixi, mətbəxi və “sərhədsiz səyahət” imkanları verən sərhədyanı coğrafi mövqeyi ilə tanış olmaq üçün bu şəhərə səyahət etməyə dəyər.

Qübbənin altında vağzal

Strasburqa avtomobil, qatar və ya təyyarə ilə getmək asandır. Biz buraya İsveçrənin Bazel şəhərindən (təxminən 1,5 saat ərzində) dəmiryolu ilə gəldik və mərkəzi vağzalda şəhərin gözəl mənzərəsinin şahidi olduq. 

Strasburq vağzalı 1878 və 1898-ci illər arasında Berlin arxitektoru İohann Yakobstalın rəhbərliyi ilə tikilib. Həmin vaxt Elzas əyaləti Almaniya imperiyasının tərkibinə daxil idi. Vağzal şəhərin ilk tam elektrikləşdirilmiş binası olub. 2006-2007-ci illərdə TGV sürət qatarlarının şəbəkəyə qoşulması çərçivəsində vağzalı rekonstruksiya ediblər. XIX əsrin bu tikilisinin üzərində şüşədən qübbə quraşdırılıb. İndi vağzal kənardan müasir stadionu xatırladır, içərisinə daxil olduqda isə klassik arxitektura aləminə düşəcəksiniz.

Şəhərdə hərəkət etmək asandır. Belə ki, müxtəlif nəqliyyat vasitələrindən - velosiped, tramvay, avtobus, mini-tramvay və ya kiçik çay tramvayından istifadə etmək olar. Lakin düzünü desək, Strasburqda keçirdiyimiz iki gün ərzində biz ictimai nəqliyyatdan istifadə etmədik. Yalnız kiçik çay tramvayında ekskursiyaya çıxdıq. Strasburq piyada səyahət etmək üçün əlverişli şəhərdir. Çünki, bütün görməli məkanlar bir-birinə yaxın yerləşib. Bizim qaldığımız “Hotel Suisse” şəhərin tarixi mərkəzində yerləşir və vağzaldan buraya piyada olaraq təxminən 20 dəqiqəyə çatdıq.

Kiçik Fransa

Strasburqun qonaqlarının bir qayda olaraq, yollandığı ilk məkan Kiçik Fransadır. Köhnə şəhərin bu mənzərəli məhəlləsində bir vaxtlar balıqçılar, dəyirmançılar və dəri ustalarının yaşadıqları taxta karkaslı tikililər mövcuddur. Onlar XVI-XVII əsrlərdə tikilib. 

“Dəri ustalarının evi” adlanan və yarımkəndli üslubunda tikilmiş binalardan birində onun 1572-ci ilə aid olduğu barədə lövhəni görmək olar. Bu bina həmin məhəllədə ən gözəl tikililərdən biridir. Bu binaların hamısı aşırma çıxıntı ilə - ikinci və bəzən də üçüncü mərtəbələrin birinci mərtəbədən irəli çıxarılması üslubunda tikilib. Evlərin damında açıq qalereyalar quraşdırılıb. Dəri ustaları dəriləri əvvəlcə aşılayır və kanal suyunda yuyur, sonra burada qurudurdular.

Lakin bu məhəllə özünün romantik “Kiçik Fransa” adını heç də əsrarəngiz görkəminə görə almayıb. Keçmişdə şəhərin bu hissəsində “fransız xəstəliyi” olan sifilisi müalicə edən xəstəxana yerləşib. Digər ehtimallara görə, burada çiçək xəstəliyinə yoluxan əsgərlər üçün müalicə məntəqəsi yerləşib.

Alman məhəlləsi

1870-ci ildə Strasburqu Prussiya tərəfindən zəbt olunub və bu şəhər Elzas-Lotaringiya imperiya əyalətinin mərkəzinə çevrilib. Mühasirə vaxtı şəhərin mərkəzi ciddi dağıntılara məruz qalıb. Bundan başqa, şəhərin genişləndirilməsi və onun infrastrukturun müasir tələblərə uyğun dəyişdirilməsi zərurəti yaranıb. Sonradan bu rekonstruksiya həyata keçirilib və Strasburq həmin dövrün ən nümunəvi şəhərinə çevrilib. 

Beləliklə, çoxlu dövlət binalarının yerləşdiyi Strasburqun ən nüfuzlu rayonu yaradılıb. Burada İmperator sarayı, nazirliklərin binaları, regional parlamentin mənzil-qərargahı, universitet və kitabxana yerləşir. Həmin layihə tam olaraq 1900-cü ildə başa çatdırılıb. Paralel olaraq, şəhərdə yaşayış binalarının yerləşdiyi digər sektorun da tikintisi aparılıb.

Noyştadt və ya Yeni şəhər adlanan alman məhəlləsi daha geniş meydanları, ağaclarla bəzədilmiş prospektləri, həmçinin düşünülmüş landşaft dizaynı ilə salınmış monumental parkları ilə Köhnə şəhərdən seçilir. Buradakı ictimai binalar və fərdi evlər tarixi eklektizm zövqünü - İtaliya və alman neointibahını, neobarokkonu və s. tarixi cərəyanları təcəssüm etdirir. Onların arasında modern üslubda tikilmiş bir neçə binaya da rast gəlmək olar. Belələrindən biri də 1905-ci ilə aid olan “Misir evi”dir. Bu bina müasir və oriyental arxitektura elementlərini əks etdirir.

Avropa paytaxtı

Strasburqun “Avropa məhəlləsi”ni şəhər içərisində şəhər adlandırmaq olar. Burada çoxlu müasir tikililər - Avropa sarayı, Avropa Şurasının mənzil-qərargahı, Avropa Parlamenti, İnsan Haqları Sarayı binaları yerləşir. 

Strasburq Avropa paytaxtı titulunu özünün coğrafi mövqeyi sayəsində qazanıb. Reyn çayı məcrası boyu şəhərin kənarından Fransa və Almaniya arasında sərhəd xətti keçir. Çayın üzərindəki körpülər 2004-cü ildə tikilib və Reyni Avropa xalqlarının yaxınlaşması rəmzinə çevirib. Onun sahillərində çox maraqlı tərtibatı ilə seçilən ilk trans-sərhəd parkı salınıb.

Reynin sayəsində Strasburq Fransanın ən böyük ikinci çay limanına çevrilib. İlboyu buraya kruiz və yük gəmiləri yanaşırlar.

Kiçik çay tramvayı

Strasburqun tarixi mərkəzi Kiçik Fransa ilə birlikdə çox vaxt “Böyük ada” adlandırılır. Çünki, bu ərazi Reyn çayının qollarından biri olan İl çayı ilə əhatə olunub. Təsadüfi deyil ki, Strasburqda su ekskursiyaları çox populyardır. 

Məsələn, “Batorama” qayığında çayboyu səyahət zamanı tarixi mərkəzdən tutmuş Avropa institutlarının binalarınadək bütün şəhəri görmək olar. Kiçik çay tramvayının sərnişinləri 70 dəqiqəlik ekskursiya zamanı Elzasın paytaxtının bir çox görməli məkanlarını, xüsusən “Kiçik Fransa”, üstüörtülü körpülər və mənzərəli Voban bəndini, həmçinin Noyştadt imperiya məhəlləsini və Avropa institutlarının binalarını görə bilərlər.

Üstüörtülü qayıqların göyərtəsinin panoramlı şüşələnməsi sayəsində çox işıqlı və rahat şərait yaradılıb, kondisionerlər işləyir, həmçinin 12 dildə audio bələdçilər sizə məlumat verirlər.

Kammertsellin evi

Strasburqun ən yaraşıqlı binalarından biri də Kammertsellin evidir. Uzun əsrlərboyu bu bina varlı tacirlərə məxsus olub. XIX əsrdə onun sahibi baqqal Filipp Kammertsell idi. Ev də onun adı ilə tarixə keçib. Bina XVI əsrdə pendir ticarəti ilə məşğul olan tacir tərəfindən tikilib. Tikilinin aşağı mərtəbəsi isə daş qalereyadır və onun tarixi XV əsrə aiddir. Hələ o zaman bu binada kiçik dükanlar yerləşirdi. Yuxarı mərtəbələr XVI əsrin sonuna aid olan oyma naxışlarla bəzədilib. Binanın girişində onun 1589-cu ildə tikildiyi yazılıb. 

Hazırda Kammertsellin evində otel və restoran yerləşir. Burada Elzas mətbəxinin nümunələrinin dadına baxmaq olar. Bir çox qonaqlar şukrut - “Elzasın duzlu kələmi” adlanan ənənəvi yeməyin dadına baxmağı üstün tuturlar. Kələm süfrəyə qarnir kimi - balıq və ya ət xörəklərinin üzərində verilir.

Le Gruber restoranı

Restoranların tarixi binalarda yerləşməsi Strasburqun ənənələrindən biridir. Elzas mətbəxinin daha bir məşhur restoranı, La Brasserie Alsacienne le Gruber Strasburqun mərkəzindəki XVII əsrə aid tikililərdən birində yerləşib və şəhərin mədəni irsi siyahısına daxil edilib. Onun zallarında gəzindiyiniz zaman gil qablar, qədim kitablar və sadəcə əyləncəli əşyalarla bəzədilmiş tağları görə bilərsiniz. Buradan Elzasa virtual səyahət də etmək olar. Bu binada Elzas üsuluna məxsus tarixi tavernanın ruhu yaşayır. 

Restoranın menyusunda əsasən ənənəvi yerli xörəklər var. Onların arasında Elzasın “tüstülənən” piroqu pitsanı xatırladan - “tartflambe” var. Bu piroqun tərkibinə toyuq əti, balıq, digər dəniz məhsulları daxil edilir. “Tüstülənən” sözü isə piroqun açıq atəşin üzərində hazırlanması ilə bağlıdır.

Elzas muzeyi

Strasburqun, həmçinin bütün regionun tarixi haqqında daha çox məlumat əldə etmək üçün İntibah dövrünün üç binasında yerləşən Elzas muzeyini ziyarət etmək lazımdır. Həmin binalar bir vaxtlar fərdi ev olublar. Tikililərin fasadında iki erker, lojalar yerləşir ki, Elzasda onları “Alman eyvanları”da adlandırırlar. Binaların aşağı doğru əyilmiş çardağı yerli ənənələrə uyğun hazırlanıb. Çardaqlar çoxmərtəbəlidir və mansard pəncərələrindən ibarətdir. 

Elzas muzeyi xalq yaradıcılığı və ənənələrini yaşadır. Burada əyalətin XVIII-XIX əsrə aid kənd məişətinin əks etdirən gündəlik istifadə üçün nəzərdə tutulmuş əşyalar, o cümlədən mebellər, paltarlar, çini məmulatlar, uşaq oyuncaqları və s. nümayiş etdirilir.

Bir neçə zalda evlərin interyerinin rekonstruksiyasını da görmək olar. Onlar Elzasın müxtəlif regionları üçün tipik eksponatlardan və yerli sənətkarların ənənəvi əl işlərindən (məsələn, dəmirçilərin, dülgərlərin və s.) ibarətdir.

 

Fotoşəkillər Cəmil Əmirovundur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır