STRASBURQDA AZƏRBAYCAN HAQQINDA RADİO VERİLİŞLƏRİ YAYIMLANMAĞA BAŞLAMIŞDIR
Strasburqdakı Azərbaycanla Mədəni Əlaqələr Dərnəyi 2006-2007-ci illərdə ayda bir dəfə ölkəmiz və dünya azərbaycanlıları haqqında fransız dilində radio verilişlərinin yayımlanmasını nəzərdə tutur. Yerli vaxtla saat 15.00-dan 17.00-dək efirə çıxacaq verilişin proqramlarında Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin beynəlxalq əlaqələri, Strasburqda və Fransanın digər bölgələrindəki xarici ölkə vətəndaşları və digər məsələlərlə bağlı xəbərlər yayımlanacaqdır. Proqramda Azərbaycan tarixi, mədəniyyəti və musiqisi haqqında maraqlı verilişlərin getməsi planlaşdırılmışdır.
Bu təşəbbüsün əsas təşkilatçısı, Strasburqdakı “Azərbaycan evi”nin prezidenti və verilişlərin rəhbəri Mustafa Alınca ilk yayımda son vaxtlar ölkəmizdə baş vermiş mühüm hadisələr, Prezident İlham Əliyevin Brüsselə səfəri, Dünya Azərbaycanlıları Konqresinin qarşıdakı qurultayı, Avropadakı diasporlarımızın fəaliyyəti haqqında məlumat vermişdir. Verilişləri RBS radio tezliyində FM kanalı 91.9 MHZ-də dinləmək mümkündür. Növbəti veriliş dekabrda olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]