Su polosu üzrə turnirin qalibləri müəyyənləşib
Bakı, 26 iyul, AZƏRTAC
Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş su polosu üzrə turnir keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
Yarışda altı komanda mübarizə aparıb. “Qarabağ” klubu bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. “Bakı Oxford Schooll”un komandası yarışı ikinci, SKA isə üçüncü pillədə başa vurublar.