“Su və rəng ahəngi-2021” adlı sərgiyə əsər qəbulu davam edir
Bakı, 5 iyul, AZƏRTAC
Bakıda açılacaq “Su və rəng ahəngi-2021” adlı sərgi üçün əsər qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, sərginin iyulun 15-də Xətai Sənət Mərkəzində açılması nəzərdə tutulub. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə reallaşacaq.
Sərgiyə 18 yaşdan yuxarı rəssamlar qatıla bilər. Bütün işlər suluboya ilə yerinə yetirilməli, orijinal olmalı və başqa rəssamların işlərinin surətləri olmamalıdır. Sərgi üçün işlər “IWS Azerbaijan” akvarel cəmiyyətinin bədii şurası tərəfindən seçiləcək.
Seçilmiş əsərlər iyulun 10-dək Xətai Sənət Mərkəzində yerləşən “IWS Baku Khatai Art Center”ə təhvil verilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]