SUBSİDİYALARIN VERİLMƏSİ İLƏ ƏLAQƏDAR SƏNƏDLƏRİN QƏBULU BAŞA ÇATMIŞDIR
Bakı, 25 avqust (AZƏRTAC). Yanacaq və sürtgü materiallarına görə kənd təsərrüfatı istehsalçılarına subsidiyaların verilməsi davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, subsidiyaların verilməsi ilə əlaqədar sənədlərin qəbulu 59 rayon üzrə başa çatmış və 57 rayon üzrə respublika komissiyasının qərarı qüvvəyə minmişdir. Bu il verilən subsidiyalar 1 milyon 500 min hektar əkin sahəsi üçün nəzərdə tutulmuşdur.
Subsidiyalar yalnız dənli və paxlalı əkin sahələrinə görə deyil, həm də üzümçülük, kartofçuluq və digər əkin növlərinə yönəldilmişdir. Bu əkin sahələrində istifadə edilən yanacaq və sürtgü yağlarına görə 60 milyon manatın fermerlərə ödənilməsinə başlanılmışdır. Vəsait ötən illərdə fermerlərə verilən plastik kartlar vasitəsilə ödənilir. Bu il daha 25 min şəxsə yeni plastik kart təqdim edilmişdir. Hökumət bu subsidiyalarla yanaşı, 4,2 milyon manatlıq mineral gübrə məhsullarını da kənd təsərrüfatı istehsalçılarına 50 faiz güzəştlə vermişdir.
Xatırladaq ki, yardımlar Azərbaycan Prezidentinin 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, ildə bir dəfə verilir və bundan ötrü hər il dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]