Sudan hava məkanında uçuşlara qoyulan məhdudiyyətləri uzadıb
Bakı, 31 iyul, AZƏRTAC
Sudanın Mülki Aviasiya İdarəsi ölkənin hava məkanında uçuşlara qoyulan məhdudiyyətlərin uzadılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı Xartum Beynəlxalq Hava Limanına istinadla məlumat yayıb.
Məlumata görə, hava məkanının bağlanması avqustun 15-dək uzadılıb. İstisna evakuasiya, eləcə də humanitar yardımla həyata keçirilən uçuşlardır.
Respublikada yaranmış vəziyyətlə əlaqədar aprelin 22-dən uçuş məhdudiyyətləri tətbiq edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]