Sülh naminə velosipedlə dünyanı dolaşmağa çıxan yaponlar Azərbaycana da gələcəklər
Bakı, 2 avqust (AZƏRTAC). Dünya ictimaiyyətinin diqqətini sülhə cəlb etmək məqsədi ilə 3 ay əvvəl Yaponiyadan velosipedlərlə yola çıxan iki yapon müəllim Azərbaycana da gələcəkdir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Kosuke Kato və Yoşitaka Tazava adlı velosipedçilər yolda rastlaşdıqları uşaqlara özləri ilə götürdükləri ipin üzərinə dünyada sülhün simvolu olaraq düyün atdırırlar.
İndiyədək İspaniya, Fransa, İtaliya, Macarıstan, Yunanıstan olmaqla 14 ölkədən keçərək Türkiyəyə gələn velosipedçilər bildirmişlər ki, hər il yüzlərlə insan müharibələrdə həyatını itirir. Sülh naminə təxminən 10 min kilometr yol qət etdik. İndiyədək 170 metr düyün alındı. Bundan sonra daha 15 min kilometrdən çox yol qət edib rastlaşdığımız uşaqlara düyün atdıracağıq. Türkiyədən Gürcüstana, oradan Azərbaycana, sonra isə Vyetnam və Çinə gedəcəyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]