Sülhməramlıların altı avtomobilinin aksiya ərazisindən maneəsiz keçidi təmin olunub
Şuşa, 18 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Rusiya sülhməramlılarına məxsus avtomobillər həmişə olduğu kimi, bu gün də Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil olunan aksiya ərazisindən sərbəst keçirlər.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus növbəti altı təminat avtomobilinin Xankəndidən Laçın istiqamətinə doğru hərəkətinə şərait yaradılıb.
Bu bir daha onu göstərir ki, ərazidə hərəkətin sərbəstliyi mütəmadi olaraq təmin olunur. Heç də siyasi xarakter daşımayan aksiya humanitar məqsədlərə xidmət edir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.