“Sumqayıt” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb
Bakı, 24 fevral, AZƏRTAC
“Sumqayıt” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXIV turuna təsadüf edib. Vaqif Cavadovun baş məşqçisi olduğu komanda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzub.
Sumqayıtın eyniadlı komandası 424-cü matçda “200”ə çatıb. Məğlubiyyətlərin 88-i evdə, 112-si səfərdə qeydə alınıb. “Gənclik şəhəri” təmsilçisi ilk yenilgisini 2011-ci il avqustun 6-da “Xəzər Lənkəran”la səfər görüşündə alıb – 1:2.
Qeyd edək ki, “Sumqayıt” ölkə çempionatları tarixinə 200 və daha çox oyunda uduzan 5-ci komandadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]