“Sumqayıt” futbol klubu baş məşqçi Ayxan Abbasov ilə müqavilənin müddətini uzadıb
Sumqayıt, 21 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
“Sumqayıt” futbol klubu baş məşqçi Ayxan Abbasov ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, 38 yaşlı mütəxəssis ilə klub rəhbərliyi arasında danışıqlardan sonra müqavilənin daha bir il müddətinə uzadılması barədə razılıq əldə olunub.
A.Abbasov “Sumqayıt”ın baş məşqçisi vəzifəsinə ötən il noyabrın 14-də təyin edilib. Komanda onun rəhbərliyi ilə 2018-2019-cu il mövsümündə 29 xal toplayaraq Premyer Liqanı altıncı pillədə başa vurub. Məhz bu dövrdə “Sumqayıt” klubu tarixində ilk dəfə Azərbaycan Kubokunun finalına yüksəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]