İDMAN
“Sumqayıt” futbol klubu Türkiyədə ilk qələbəsini qazanıb
![“Sumqayıt” futbol klubu Türkiyədə ilk qələbəsini qazanıb](/files/2019/2/1200x630/1564044694366784352_1200x630.jpg)
Sumqayıt, 25 iyul, AZƏRTAC
“Sumqayıt” futbol klubu 2019/2020-ci illər mövsümü üçün hazırlığını Türkiyədə davam etdirir.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, komanda qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Ayxan Abbasovun yetirmələri Türkmənistanın “Ahal” komandası ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. 11-ci dəqiqədə Əmir Ağayev sumqayıtlılara qələbə qazandırıb.
Bu, Topaz Premyer Liqası təmsilçisinin Türkiyədə ilk qələbəsi olub. “Sumqayıt” ilk oyununda Rumıniyanın "Petrolul” klubu ilə heç-heçə etmişdi - 2:2.
“Sumqayıt” FK növbəti oyunda “Diyarbekirspor”la qarşılaşacaq. “Çam” otelinin stadionunda reallaşacaq matçda “Ahal”la oyunda forma şansı qazanmayan futbolçular iştirak edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:05]
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib
- 02.07.2024 [14:36]
Mayk Tayson Türkiyə millisinə hədiyyə göndərib
- 02.07.2024 [13:50]
Arif Əsədov: Türkiyə millisi əzmkarlıq hesabına Avstriyanı məğlub edə bilər
- 02.07.2024 [12:44]
“Sumqayıt” futbol klubu “Yay Futbol Düşərgəsi” layihəsinə start verib
- 02.07.2024 [12:37]
Avropa çempionu olan sərbəst güləş yığması Vətənə qayıdıb
- 02.07.2024 [12:29]
Azərbaycan çempionu kapitanı ilə müqaviləni yeniləyib
- 02.07.2024 [12:10]
“Qarabağ” Yunanıstan millisinin qapıçısına təklif göndərib
- 02.07.2024 [11:15]