Sumqayıt Kimya Sənaye Parkının yeni rezidenti - “Glassica” QSC
Bakı, 28 iyul, AZƏRTAC
Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli, idxalı əvəz edən və ixracyönümlü yeni məhsul istehsalının təşkili və sənaye parkına investorların cəlb olunması işləri davam etdirilir.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu işlərin davamı olaraq, Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Glassica” QSC qeydiyyata alınıb və bununla da sənaye parkının rezidentlərinin sayı 22-yə çatıb. “Glassica” QSC tərəfindən Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə sənaye parkının ərazisində müxtəlif çeşidli rəngli şüşə tara məhsulları (butulka) istehsal edən zavod inşa olunacaq. Layihənin investisiya dəyəri 20 milyon manatdan çoxdur. Müəssisədə 70-dək daimi iş yeri yaradılacaq. İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:03]
Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb
- 05.10.2026 [15:57]
Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov
- 05.10.2026 [15:55]
Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub
- 05.10.2026 [15:40]
Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir
- 05.10.2026 [15:31]
Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib
- 05.10.2026 [15:21]
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
- 05.10.2026 [15:18]
Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO
- 05.10.2026 [14:27]