“Sumqayıt” klubu məşqçisinə, “Sabah” təcili tibbi yardım avtomobilinə görə cərimələnib
Bakı, 27 sentyabr, AZƏRTAC
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Premyer Liqanın VII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
“Sumqayıt” - “Turan Tovuz” görüşünün (0:0) 90+3-cü dəqiqəsində ev sahibi komandanın məşqçisi Mübariz Orucov meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün biri şərti olmaqla 2 oyun cəzalanıb. “Gənclik şəhəri” təmsilçisi isə 1 500 manat cərimələnib. Cəza ilə bağlı sınaq müddəti 3 ay təyin edilib.
“Sabah”la matçda (2:2) 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Kəpəz” klubu 700 manat cərimə edilib. Bundan başqa, təcili tibbi yardım avtomobili stadiona təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Sabah” klubu 1 000 manat cərimə ödəməli olacaq.
“Səbail” - “Araz-Naxçıvan” görüşündə (1:0) isə hakimin final fitindən sonra meydana kənar şəxs daxil olduğuna görə paytaxtı təmsilçisi 800 manat cərimə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:07]
Azərbaycan millisinin futbolçusu zədəsinin müalicəsi üçün Madridə yollanıb
- 09.06.2026 [11:59]
Azərbaycanın U-17 yığması Qəbələdə növbəti yoxlama oyununu keçirəcək
- 09.06.2026 [11:32]