SUMQAYITDA AHILLAR GÜNÜ QEYD OLUNMUŞDUR
Çıxış edənlər ahılları təbrik etmiş, onların hamısının şərəfli həyat sürərək, Sumqayıtın tarixinə şanlı səhifələr yazdıqlarını, bir çoxunun yüksək dövlət mükafatlarına layiq görüldüyünü, Prezident təqaüdçüləri olduğunu bildirmişlər.
800-dək ahıl sumqayıtlı şəhərdəki Əhalinin Sosial Müdafiəsi Mərkəzinin xüsusi himayəsinə götürülmüş, xidmətçi heyətin və könüllülərin gündəlik qayğı və diqqəti ilə əhatə olunmuşlar. Ahılların bütün məişət problemləri həll olunur, ərzaq məhsulları və dərman preparatları ilə vaxtında təmin edilirlər.
Çıxış edən ahıllar Azərbaycanda demokratik dövlət quruculuğunun möhkəm əsasını qoymuş ümummilli liderimiz Heydər Əliyevin xatirəsini xoş sözlərlə anmış, xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş məqsədyönlü siyasətinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.