SUMQAYITDA AMERİKALI MUSİQİÇİLƏRİN KONSERTİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, sentyabrın 18-də Sumqayıtda Amerikanın “C.J.Chenier and The Red Hot Louisiana Band” qrupunun konserti olmuşdur. Üzeyir Hacıbəyli adına mədəniyyət sarayının qarşısındakı meydanda toplaşmış caz musiqisi həvəskarları Luiziana ştatından gəlmiş, caz improvizasiyalarını məharətlə ifa etmiş musiqiçilərin ustalığını alqışlamışlar.
Xatırladaq ki, Sumqayıtdakı bu konsert ABŞ-ın Azərbaycandakı səfirliyinin və respublika Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]