Sumqayıtda avtomobildə baş verən yanğın söndürülüb VİDEO
Bakı, 2 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a FHN-in İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus "QAZEL ” markalı yük avtomobilinin yük hissəsində baş vermiş yanğın genişlənərək digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin yük hissəsinə yığılmış taxta materialları yanıb.
Avtomobil yanğından mühafizə olunub.