SUMQAYITDA REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR
Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə, Beynəlxalq Elm, Təhsil, Mədəniyyət və İncəsənət Fondunun prezidenti, professor Rövşən Xəlilov, Ədliyyə Nazirliyi nəzdində Hüquq-tədris mərkəzinin direktor əvəzi İlham Abbasov, habelə Sumqayıt bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev konfransın məqsəd və vəzifələrindən söhbət açmışlar.
Sonra ekoloji problemlər və yerli idarəetmə prinsipləri, habelə ekoloji problemlərə müasir baxış məsələlərini əhatə edən iki sessiya keçirilmişdir.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Mustafa Salahovun “Dioksin təhlükəsinin mənbələri və onunla mübarizə tədbirləri”, Sumqayıt Dövlət Universitetinin dosenti Dürdanə Şirinovanın “Əhali artımı və ekoloji problemlər”, Səthi aktiv maddələr zavodunun baş mühəndisi Firudin Abdullayevin “Civə tullantıları və onların zərərsizləşdirilməsi”, Ekoloji reabilitasiya mərkəzinin direktoru Arif İslamzadənin “Almaniya və Qafqazın tərəfdaş şəhərləri və bələdiyyələri arasında əməkdaşlıq” layihəsi çərçivəsində ekoloji problemlərin həllinə həsr edilmiş tədbirlər haqqında”, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli monitorinq departamentinin əməkdaşı Güləndam Şərifzadənin “Ərzaq biotəhlükəsizliyi” mövzusunda məruzələri və başqa məruzələr dinləmişdir.
Sonra mütəxəssislər, sənaye müəssisələrinin rəhbərləri, bələdiyyə üzvləri “dəyirmi masa” arxasında işgüzar və konstruktiv müzakirələr aparmışlar.