SUMQAYITDAKI TÜRK LİTSEYİNDƏ BURAXILIŞ GECƏSİ
Gecənin əvvəlində sarayın foyesində litsey tələbələrinin əl işlərindən və hazırladıqları kulinariya məhsullarından ibarət satış-sərgi təşkil olunmuşdu. Satış-sərgidən əldə edilən vəsait Qırmızı Aypara Cəmiyyətinin xətti ilə ahıllara və şəhid ailələrinə yardım üçün xərclənəcəkdir.
Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin nurlu xatirəsini birdəqiqəlik sükutla yad etmişlər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səslənmişdir.
Litseyin direktoru Arif Gömleksiz məzunları təbrik edərək bildirmişdir ki, Sumqayıtda 1993-cü ildən fəaliyyət göstərən litseyin və onun bütün məzunları hər il qəbul imtahanlarını uğurla verərək, Azərbaycanın və xarici ölkələrin ən yaxşı ali məktəblərinə daxil olurlar.
İcra hakimiyyəti başçısının müavini Ramiz Həsənov, “Çağ öyrətim” şirkətinin prezidenti Ənvər Özeren, Qafqaz Universitetinin rektoru Erol Oral, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Mustafa Salahov və digərləri məzunları təbrik etmiş, onlara uğurlar arzulamışlar.
Sonda bayram konserti olmuşdur.