SUMQAYITLILAR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN XATİRƏSİNİ ANMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 12-də səhər tezdən sumqayıtlılar xalqımızın dahi oğlu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən və onun adını daşıyan prospektdə ucaldılmış möhtəşəm abidəsini ziyarət etməyə başlamışlar.
Şəhərin, bələdiyyənin, sənaye müəssisələrinin, ictimai təşkilatların rəhbərləri abidənin önünə al qızılgüllər qoymuşlar. Mərhumun ruhuna dua oxunmuşdur.
Gün ərzində ümumtəhsil məktəblərinin, müəssisə və təşkilatların kollektivləri, sakinlər buraya gələrək, ulu öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Elə həmin gün sumqayıtlıların nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək, onun nurlu xatirəsini anmışdır.