“Superbet Chess Classic” şahmat turniri: Şəhriyar Məmmədyarov Yan Nepomnyaşi ilə qarşılaşacaq
Bakı, 12 may, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin yeddinci turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə mübarizə aparacaq.
Qeyd edək ki, şahmatçımız iki xalla sonuncu yerdədir. Onun rəqibi isə üç xala malikdir. Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]