Suriyadan repatriasiya olunmuş vətəndaşların problemləri və ehtiyacları öyrənilib
Bakı, 28 sentyabr, AZƏRTAC
Suriya Ərəb Respublikasının ərazisində yerləşən düşərgələrdə saxlanılan 6 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) nümayəndələri 4-ü uşaq, 1-i kişi, 1-i isə qadın olmaqla həmin repatriantlarla görüşərək hüquqlarının təmini vəziyyətini araşdırıblar.
Repatriantlarla görüş zamanı onların ümumi vəziyyəti qiymətləndirilib, problemləri və ehtiyacları öyrənilib, hüquqlarının müdafiəsi ilə bağlı tövsiyələr verilib.
Görüş çərçivəsində, həmçinin repatriantlara ombudsmana müraciət imkanları barədə məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:21]
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər
- 01.10.2026 [13:00]