Şuşa- Laçın yolunda fləşmob təşkil olunub
Şuşa, 17 dekabr, Elmir Səftərov, AZƏRTAC
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarının monitorinqinin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların keçirdiyi etiraz aksiyası artıq altı gündür davam edir.
AZƏRTAC-ın müxbiri hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları Xankəndi-Laçın yolunda şamlarla “Stop ekoterror” yazıblar. Onlar yazının ətrafında bayraqlarla duraraq “Stop ekoterror” şüarını səsləndiriblər.