Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa Zəfər Qurultayı – Qələbəyə aparan yol

Şuşa Zəfər Qurultayı – Qələbəyə aparan yol

Dünya Azərbaycanlılarının V Qurultayı sonrası düşüncələr

Bakı, 19 may, AZƏRTAC

Zəfər Qurultayı kimi tarixə düşən Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bu şəhərin ümummilli məkan kimi yerini daha da möhkəmləndirdi.

Şuşa həmişə bütün azərbaycanlıların düşüncəsində xüsusi yer tutaraq ölkənin mədəni paytaxtı hesab olunub. Elə bu səbəbdən Şuşa işğaldan azad olunduqdan sonra “Azərbaycanın mədəniyyət paytaxtı” elan edildi və bunun ardınca TÜRKSOY təşkilatı Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” seçdi.

Təsadüfi deyil ki, tarixi Qələbədən sonra Şuşada keçirilən “Xarıbülbül” festivalında ümummilli lider Heydər Əliyevin Şuşaya həsr olunmuş çıxışının videokadrlarının nümayişi zamanı onun söylədiyi “Şuşa Azərbaycanın gözüdür”, “Biz o torpaqlara mütləq qayıdacağıq” sözləri Müzəffər Ali Baş Komandan İlham Əliyevi çox kövrəltmişdi. Birinci Qarabağ müharibəsi veteranı kimi mən də Prezidentin keçirdiyi bu kövrək hissləri bütün vətənpərvər azərbaycanlılar kimi 44 gün davam edən müharibə dövründə yaşamışam.

Yuxarıdakı sətirlər BP Azərbaycanın Hökumətlə işlər üzrə baş müşaviri, fəlsəfə doktoru, BDU-nun dosenti Qivami Rəhimliyə məxsusdur. O, xarici ölkələrdə yaşayan azərbaycanlıların bir məqsəd ətrafında təşkilatlanması, diaspor quruculuğu sahəsində görülən işlərlə bağlı xatirələrini AZƏRTAC-la bölüşüb.

Qivami Rəhimli qeyd edib ki, Şuşanın işğaldan azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət edən Prezident İlham Əliyevin dediyi “Mən xoşbəxt bir insanam, çünki ata vəsiyyətini yerinə yetirdim. Biz Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” sözləri bu cəhətdən çox ibrətamizdir.

Azərbaycan müstəqilliyini elan etdikdən dərhal sonra - hələ 1991-ci il dekabrın 16-da Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü təsis olundu. Heydər Əliyevin 31 dekabr tarixinin Azərbaycanlıların Həmrəylik Günü elan olunması ilə bağlı təklifini bir il sonra Azərbaycan Respublikasının Milli Məclisi də qəbul etdi. Ulu Öndər müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycan həqiqətlərini xaricdə yaşayan azərbaycanlılar vasitəsilə dünyaya yaymağı, onların təşkilatlanması, həmrəyliyin və milli birliyin möhkəmlənməsi istiqamətində böyük işlər görmüşdü. Heydər Əliyev rəsmi və işgüzar səfərləri çərçivəsində xaricdə yaşayan azərbaycanlılarla görüşərək, onların fəaliyyətləri ilə tanış olur və bir məqsəd ətrafında təşkilatlanması üçün əməli tədbirlər həyata keçirirdi.

1996-cı il dekabrın 31-dən başlayaraq ulu öndər Heydər Əliyev Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Prezidentinin dünya azərbaycanlılarına müraciət ənənəsinin əsasını qoydu. Dünya azərbaycanlılarına müraciət edərək, onları tarixi Vətənin maraqlarının müdafiəsi işində fəal iştirak etməyə, azərbaycançılıq ideyaları uğrunda birlik və həmrəyliyə çağırdı.

Qivami Rəhimli deyib: “Prezident Heydər Əliyevin çağırışına qoşularaq, diaspor işlərində ilklərdən biri olaraq 1995-ci ildə təsis etdiyimiz və rəhbərlik etdiyim Azərbaycan - Norveç Dostluq Cəmiyyəti də bu sahədə mühüm rol oynamışdı.

1997-ci ildə diaspor sahəsində önəmli hadisə olan Dünya Azərbaycanlıları Konqresi keçirildi. ABŞ-ın Los-Anceles səhərində iyunun 27-dən 29-dək keçirilən bu konqres xaricdə yaşayan azərbaycanlıların diaspor quruculuğu prosesinə daha fəal şəkildə cəlb olunmasına təkan verdi.

Mən Dünya Azərbaycanlıları Konqresində iştirak edərək, rəhbərlik etdiyim dostluq cəmiyyətinin fəaliyyəti barədə öz təcrübəmi iştirakçılarla bölüşdüm və bir çox diaspor təşkilatları ilə əlaqə yaradaraq səmərəli əməkdaşlığın əsasını qoydum. Vətənə geri döndükdən sonra Dünya Azərbaycanlıları Konqresi barədə təəssüratlarımı və diaspor fəaliyyətini gücləndirmək istiqamətində fikirlərimi AzTV və digər mətbu orqanları vasitəsi ilə ölkə ictimaiyyətinə çatdırdım.

Təsis etdiyimiz Dostluq Cəmiyyəti o zaman Azərbaycanda, eyni zamanda, Norveç cəmiyyətində ən çox gündəmdə olan bir qurum idi. "Əsrin müqaviləsi”ni həyata keçirən ABƏŞ neft konsorsiumunda çalışan ilk azərbaycanlılardan biri olaraq norveçli mütəxəssislər və Norveç Krallığı ilə sıx əlaqədə idim. Hələ müstəqilliyimizin ilk illərində Norveçin Oslo Universiteti ilə işgüzar əlaqələr qurmuşdum. O illərdə BDU-da beynəlxalq mərkəzin rəhbəri kimi mən azərbaycanlı tələbələri Oslo Universitetində müxtəlif kurslarda təhsil almasına nail olmuşdum. Norveç və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq münasibətlərini daha da genişləndirmək məqsədilə 1995-ci ilin noyabr ayında biz Azərbaycan-Norveç Dostluq Cəmiyyətini yaratdıq. Dostluq Cəmiyyətinin idarə heyətində Norveçin Azərbaycandakı səfiri və baş konsulu ilə bərabər ABƏŞ-in rəhbərliyində təmsil olunan norveçli mütəxəssislər, Azərbaycan tərəfindən isə hökuməti təmsil edən xarici iqtisadi əlaqələr naziri, gənclər və idman nazirinin 1-ci müavini və xarici işlər nazirliyinin idarə rəisi də var idi.

Cəmiyyətimizin iki ölkə arasında mədəniyyət, təhsil, informasiya mübadiləsi sahəsində səmərəli əlaqələri möhkəmləndirməsi Heydər Əliyevin diqqətini cəlb etmişdi. İş qrafikinin çox sıx olmasına baxmayaraq, Ulu Öndər cəmiyyətin tədbirlərinə dəvət almış norveçli qonaqları qəbul edirdi. Qonaqların arasında dünya miqyaslı tədqiqatçı - antropoloq və etnoqraf Tur Heyerdal, Oslo Xarici Araşdırmalar İnstitutunun xarici siyasət üzrə aparıcı eksperti Arne Olav Brundtland (ovaxtkı Baş nazir Qru Harlem Brutlandın həyat yoldaşı), sabiq energetika və sənaye naziri Yens Stoltenberq (sonradan Baş nazir və hazırda NATO-nun Baş katibi) və Norveç parlamentinin deputatları var idi.

Ulu öndər Heydər Əliyev iki ölkə arasındakı əlaqələri genişləndirmək istiqamətindəki fəaliyyətimizi yüksək qiymətləndirdi. Elə bu səbəbdən, 1996-cı ilin aprel ayında Heydər Əliyevin Qərbi Avropa ölkələrinə rəsmi səfəri zamanı Norveç və qonşu Skandinaviya ölkələrindəki Azərbaycan diasporu ilə görüşü təşkil etmək üçün məni də dövlət nümayəndə heyətinin tərkibinə daxil etmişdi. Bu, əlbəttə, Ulu Öndərin diaspor fəaliyyətinə verdiyi önəmdən irəli gəlirdi.

Osloda azərbaycanlı diaspor nümayəndələri ilə görüşün əvvəlində Ulu Öndər məni yanına çağıraraq buradakı diaspor fəaliyyəti barədə məruzə etməyimi xahiş etdi. Məruzəmi dinlədikdən sonra Heydər Əliyev diaspor nümayəndələrinə üz tutaraq öz çıxışında mənim adımı ayrıca vurğulayaraq nəyə görə məni dövlət nümayəndə heyətinin tərkibinə daxil etdiyini bildirərək dedi: “Biz hansı ölkəyə gediriksə, orada azərbaycanlıların olub-olmaması ilə maraqlanırıq. Mən buraya səfərə hazırlaşanda da maraqlandım ki, Norveçdə nə qədər azərbaycanlı yaşayır. Bu barədə məlumat verdilər və bildirdilər ki, Azərbaycan - Norveç cəmiyyəti yaradılıb, ona da Rəhimov rəhbərlik edir. Buna görə mən onu bizim nümayəndə heyətinin tərkibinə daxil edib buraya gətirmişəm”.

Diaspor təşkilatlarının pərakəndə fəaliyyətini görən Heydər Əliyev bununla ətrafdakılara bir mesaj verərək bildirirdi ki, siz diaspor işinin təşkilatlanmasında və milli birliyin möhkəmləndirilməsində bu şəxslə səmərəli işləyə bilərsiniz.

Bununla belə diaspor təşkilatlarının pərakəndə fəaliyyətini aradan qaldırmaq, bu fəaliyyətin mühüm qolu olan lobbiçilik mexanizminin işlənib hazırlanması üçün Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı çağırıldı. Vətənimizin paytaxtında keçirilən bu tədbirin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları birləşdirmək və Azərbaycan Respublikasının dəstəyi ilə vahid diaspor yaratmaq idi. Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçısı kimi qeyd etməliyəm ki, Ulu Öndərin siyasi iradəsi tezliklə həyata keçdi, dünyanın müxtəlif ölkələrində azərbaycanlı icmalar və cəmiyyətlər formalaşmağa başladı. Diaspor fəaliyyətinin təşkilatlanması prosesinə dəstək üçün Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Diaspor quruculuğunda Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin 2006-cı il 8 fevral Fərmanı ilə Dünya Azərbaycanlılarının II Qurultayının 2006-cı il martın 16-da Bakıda keçirilməsi barədə Fərman imzaladı. Qurultayda çıxış edən Prezident İlham Əliyev diaspor quruculuğu siyasətinin yeni mərhələsinin başlıca istiqamətlərini və qarşıda duran vəzifələri müəyyənləşdirdi.

İştirak etdiyim Dünya Azərbaycanlılarının II Qurultayı bir daha onu göstərdi ki, həqiqətən də Heydər Əliyevin I Qurultayda diaspor nümayəndələri qarşısında qoyduğu tapşırıqlar, lobbiçilik fəaliyyəti dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən həyata keçilərək həmin ölkələrin ictimai-siyasi həyatında onların rolunu daha da artırmış və Azərbaycanla bağlı geniş fəaliyyətə təkan vermişdi”.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun səmərəli fəaliyyətinin bir daha şahidi olduqlarını deyən Q.Rəhimov bildirib ki, elə bu ərəfədə Diaspor Komitəsində elm, təhsil və mədəniyyət (ETM) sahələrində çalışan və xarici ölkələrdə sıx əlaqələri olan alimlərdən ibarət qrup yaradıldı. Qrupun rəhbəri, Alman-Azərbaycan Cəmiyyətinin sədri professor Çingiz Abdullayev və ETM qrupunun digər 8 üzvü ilə birlikdə erməni dezinformasiyasının qarşısını alaraq, beynəlxalq hüquqa və faktlara əsaslanan, Azərbaycan haqqında həqiqətləri, erməni yalanlarını ifşa edən məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün bir çox tədbirlərdə xaricdə yaşayan soydaşlarımızla dəstək olduq. “Fəxr edirəm ki, həmin qrupun üzvü kimi mən xarici ölkələrdəki diaspor fəallarına dəstək olaraq bir sıra tədbirlərin həyata keçirilməsində iştirak etmişəm. Bu fəallar arasında Norveçdə yaşayan, CAN Azərbaycan diaspor təşkilatının rəhbəri Şervin Nəcəfpuru, Kanadada fəaliyyət göstərən “Azerbaijani Women’s Support Centre” (AWSC) mərkəzinin təsisçilərindən olan Nazilə İsgəndərovanı və digər həmvətənimiz, rejissor Elçin Muxtarovu, İsveçin Öppna İctimai TV kanalı ilə əməkdaşlıq edən soydaşımız Rəhim Sadıxbəylini, amerikalı dostumuz Cefri Verboku və digərlərini göstərmək olar.

Bu fəallarla bərabər Parisdə yaşayan dünyaşöhrətli fotoqraf, köhnə dostum Reza Deqatinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Vətən müharibəsi dövründə, pandemiya üzündən ölkəmizə gediş-gəlişin məhdudlaşdığı bir vaxtda Rezanın Azərbaycana gəlməsi barədə məsələni Diasporla İş üzrə Dövlət Komitəsində qaldırdım, komitənin rəhbərliyinin dəstəyi ilə bu problemi tez bir zamanda Nazirlər Komitəsi yanında Operativ Qərargahla həll etdik.

Bu gün işğaldan azad edilmiş Qarabağ torpaqlarından hazırladığı fotoreportajlarla, viran edilmiş yurdumuzu çəkdiyi fotolarda sənədləşdirən Reza Azərbaycanın haqq işini Qərb auditoriyasına, xüsusən də erməni diasporunun güclü təsiri altında olan Fransa cəmiyyətinə çatdıran çox az sayda tanınmış simalardandır.

Bütün bunlar onu göstərir ki, 44 gün davam edən müharibədə Azərbaycan təkcə döyüş meydanında deyil, eləcə də diplomatiya və informasiya sahəsində də qələbə çaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağ torpaqlarını, dünya azərbaycanlılarının mənəvi paytaxtı Şuşanı erməni işğalından azad edərək beynəlxalq səviyyədə tanınan öz ərazi bütövlüyünü bərpa etdi.

Bu, eyni zamanda, ulu öndər Heydər Əliyevin arzusunu, ata vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin Azərbaycan tarixinə yazdığı şanlı səhifə oldu”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Taylandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib YENİLƏNƏCƏK

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı açıqlanıb

“DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı başlayır

Pirallahı Sənaye Parkının rezidentləri indiyədək 82,2 milyon manatlıq məhsul istehsal edib

Rəşad Nəbiyev: Azərbaycan dünya yarışlarına ev sahibliyi edən möhtəşəm idman mərkəzinə çevrilib

Məryəm Əlizadə: Azərbaycan teatrı zamanla birlikdə addımlamalıdır

Amin Məmmədov: Arpa və Vorotan çaylarının çirkləndirilməsi Azərbaycan üçün ekoloji risk yarada bilər

ADAU-da Müəllimlər Günü: professor Elman Mövsümovun 85 illik yubileyi qeyd edilib

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

Politoloq: Hibrid və informasiya hücumları bəzi hallarda cəmiyyətə açıq döyüş əməliyyatlarından daha çox ziyan vurur - ŞƏRH VİDEO

“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB

Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır

Özbəkistanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb

Lətif Kərimov yaradıcılığı: Azərbaycan milli-mədəni kimliyinin tarixi kontekstində

Qazaxıstanda cinayətlərin sayı azalıb

Polşa portalı “ADEX 2026” sərgisindən yazıb

Şotlandiyada şəxsi ada 350 min funt sterlinqə satışa çıxarılıb

Azərbaycan və Belarus arasında idman əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Deputat: Ermənistan işğal dövründə Azərbaycanın 7 filiz və 39 qeyri-filiz yatağında qanunsuz istismar aparıb VİDEO

Masallıda 300 güləşçinin qatıldığı turnir başa çatıb

Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Koalisiya üzvü: İşğal dövründə Qarabağ və Şərqi Zəngəzurun ətraf mühitinə ciddi ziyan dəyib VİDEO

Qarabağda və Şərqi Zəngəzurda müəllim olmaq böyük qürurdur - Şahin Bayramov

Ağdamda 100-cü Yubiley Aqrar Biznes Festivalı baş tutub

Azərbaycanın beynəlxalq idman tədbirlərinə ev sahibliyi etmək təcrübəsi yüksək qiymətləndirilib

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Siyəzəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 14 nəfər saxlanılıb VİDEO

Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Amin Məmmədov: Ermənistan ətraf mühitə təsirlərlə bağlı məlumatları təqdim etməlidir VİDEO

Çinin 23 vətəndaşı Azərbaycanda magistratura və doktorantura təhsili alacaq

Türkiyədəki Roma dövrünə aid eksponatlar Kopenhagendə sərgilənir

Naxçıvanda uzunluğu 17,5 kilometr olan avtomobil yolları yenilənir

Magistraturada 195 nəfər ödənişsiz təhsil almaq hüququ qazanıb - DİM-də əlavə müsabiqənin nəticələri

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur

Mingəçevir Dövlət Universitetində yeni laboratoriyalar istifadəyə verilib

İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib

Alparslan Bayraktar: Enerjidaşıyıcılarının Türkiyə ərazisindən ixracı İraq, Küveyt və Qətər üçün alternativdir

Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb VİDEO

Firəngiz Xəlilova: Musiqi müəlliminin əsas vəzifəsi tələbədə sənətə həqiqi sevgi yaratmaqdır

Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Gənc Tamaşaçılar Teatrında “Qodo həsrətində” adlı tamaşanın premyerası olacaq

Musiqini öyrətmək və sevdirmək: Pedaqoqun əsl missiyası nədir?

Fransada şagirdlərin etirazları səbəbindən yüzlərlə məktəb bağlanıb

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

Bəxtiyar Aslanbəyli: Biz AÇG-dən hasilatın uzunmüddətli davamlılığına yeni texnologiyalarla nail olmağa çalışırıq – MÜSAHİBƏ VİDEO

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

“Aeroflot” Moskvadan Bakıya reyslərin sayını artıracaq

Alimlər başqa planetlərdən götürülən nümunələrdə Yerdəki həyat əlamətlərini aşkar edəcəklər

Azərbaycan karateçiləri beynəlxalq yarışlarda üç medal qazanıblar

Güclü iqtisadiyyat və həmrəy cəmiyyətin vəhdəti ŞƏRH

Elmi düşüncə sual vermək və araşdırmaqla formalaşır – Gülnar Qəmbərova

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar VİDEO

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur VİDEO

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib VİDEO