Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşada “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfrans təşkil olunub

Şuşa, 19 iyul, Abdulla Suvar, AZƏRTAC

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Vaqif Poeziya Günləri davam edir.

AZƏRTAC xəbər verir ki, iyulun 19-da poeziya günləri çərçivəsində Şuşa Otel-Konqres Mərkəzində “Məhəmməd Füzuli. Zamanın fövqündə” mövzusunda konfrans keçirilib.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin moderatorluğu ilə gerçəkləşən konfrans dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə ithaf olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva bu konfransın “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində hazırlanmış tədbirlər planına əsasən təşkil edildiyini söyləyib.

“Beş əsrdən çoxdur ki, Məhəmməd Füzulinin poetik nümunələri, hər biri bir kəşf səviyyəsində olan elmi əsərləri Azərbaycan və dünya oxucuları tərəfindən sevilərək oxunur. Füzulinin yazıb-yaratdığı dövrdən əsrlər ötsə də, əsərlərinin cazibəsi ildən-ilə nəinki zəifləmir, əksinə yeni-yeni nəsillər, dəyişən zamanlar içərisində insanlar öz zəka və idraklarının gücü ilə dahi şairin yaradıcılığını fərqli müstəvilərdə dərk edərək dünyagörüşlərinə uyğun halda yenidən mənalandırırlar”, - deyə akademik vurğulayıb.

G.Baxşəliyeva diqqətə çatdırıb ki, böyük şairin 530 illiyi münasibətilə AMEA-da silsilə tədbirlərlə yanaşı, şairin elmi irsinin də öyrənilməsi istiqamətində mühüm işlər görülür.

Akademik dahi Füzulinin dəyərli əsərlərindən, bənzərsiz ədəbi irsindən söz açaraq, rəhbərlik etdiyi institutda son illər bu istiqamətdə aparılan elmi axtarışlardan da danışıb.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli xatırladıb ki, 1994-cü ildə ölkəmizdə böyük bir tarixi və ədəbi hadisə baş verməkdəydi. Belə ki, Məhəmməd Füzulinin 500 illik yubileyi tamam olurdu. “Ölkəmizin taleyi üçün son dərəcə ağır olan həmin illərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ozamankı təbəddülatlı vəziyyətə baxmayaraq, dahi şairin yubileyinin keçirilməsini təxirə salmamış, əksinə Füzulinin yubileyinin həm Azərbaycanda, həm də qonşu ölkələrdə silsilə bayramlar şəklində yüksək səviyyədə qeyd olunmasını təmin etmişdir”, - deyə alim vurğulayıb.

Akademik deyib ki, Ulu Öndər Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinin ölkəmiz üçün mənəvi əhəmiyyətini qeyd edərkən “Respublikamızı təkcə müstəqil bir dövlət, zəngin təbii sərvətlərə malik ölkə kimi yox, zəngin tarixi, mədəniyyəti olan ölkə kimi tanıtmalıyıq. Mənə belə gəlir ki, bizdən ötrü bu yubileyin ən böyük nəticəsi bundan ibarətdir” söyləyirdi.

Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair Fərid Hüseyn dahi Füzulinin bənzərsiz söz dünyasından söhbət açıb. Onun yaratdığı ölməz irsin bütün zamanlarda aktuallığını qoruyub saxlayacağını, insanlar tərəfindən sevilərək oxunacağını söyləyib.

Gənc şair bildirib ki, Füzulinin 530 illiyi ilə bağlı müvafiq Sərəncam bütövlükdə ölkəmizdə sözə, şeirə, söz adamlarına verilən ən böyük qiymətin bariz nümunəsidir.

Konfransda mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək deyib ki, tarixi Zəfərdən sonra biz mədəniyyət paytaxtımız Şuşada artıq dördüncü dəfədir Vaqif Poeziya Günlərinin keçirilməsi münasibətilə bir araya gəlirik.

“Xoş təsadüfdür ki, Füzulinin 530 illik yubileyi də ölkəmizin dünyamiqyaslı tədbirlərə ev sahibliyi etdiyi (COP29) bir dövrə təsadüf edir. Gərək biz bu yubiley ilində də Füzuli ilə bağlı dolğun məlumatları xarici ölkələrin yazar və şairlərinə çatdırmaqla yanaşı, həm də onlara Qarabağ Zəfərimiz, 30 illik işğal dövrünün həqiqətləri barədə bilgilər verək”, - deyə nazir müavini vurğulayıb.

O, Mədəniyyət Nazirliyi tərəfindən Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı keçirilmiş tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, bu il Milli Kitabxana tərəfindən Məhəmməd Füzuli adlı onlayn məlumat bazası yaradılıb, Xalça Muzeyi tərəfindən Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş sərgi açılıb. Özbəkistanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçirilib, şairin özbək dilinə tərcümə edilmiş əsərlərinin təqdimatı olub.

Ölkəmizin iştirak etdiyi beynəlxalq kitab sərgilərində - Dohada, Pekində və digər şəhərlərdə dahi şairin irsi təbliğ olunub, ona aid Azərbaycan stendində xüsusi guşələr yaradılıb.

Nazir müavini deyib: “Ölkəmizin ən böyük kütləvi tədbirlərindən biri olan, bu ilin oktyabrında keçirilməsi planlaşdırılan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi Məhəmməd Füzuliyə həsr ediləcək. Eyni zamanda, nazirlik tərəfindən hazırda dahi şairin həyat və yaradıcılığına aid kitablar çapa hazırlanır”.

Sonda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Anar Mikayılov və Roza Zeynalova tərəfindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən kompozisiya təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH