Şuşada nazirlik əməkdaşları arasında basketbol üzrə yoldaşlıq oyunu keçirilib
Şuşa, 13 iyun, Leyla Muradzadə, AZƏRTAC
Şuşa 3x3 basketbol üzrə dünya qadın seriyasının mərhələ yarışına ev sahibliyi edir. Bu gün yarışdan əvvəl maraqlı qarşılaşma təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin əməkdaşları arasında yoldaşlıq görüşü keçirilib.
Dostluq şəraitində başa çatan oyunun yekununda Elm və Təhsil Nazirliyinin komandası qalib gəlib.
Gənclər və idman naziri Fərid Qayıbov da qarşılaşmada iştirak edib