ŞUŞANIN İŞĞALININ 15 İLLİYİ İLƏ ƏLAQƏDAR HOLLANDİYADA TƏDBİR KEÇİRİLMİŞDİR
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, Rotterdam şəhərində Hollandiya Həmrəylik Cəmiyyətinin qərargahında Azərbaycanın qədim şəhərlərindən biri olan Şuşanın Ermənistan tərəfindən işğal edilməsinin 15 illiyi ilə bağlı tədbir keçirilmişdir. Konqresdə təmsil olunan cəmiyyətlərin rəhbərlərinin və Hollandiyada yaşayan azərbaycanlı ziyalıların iştirak etdiyi tədbiri açan BAK icra aparatının rəhbəri Elman Mustafazadə Ermənistanın apardığı işğalçılıq siyasətinin əsas mahiyyətindən danışmış, Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diasporlarını Qarabağ həqiqətlərini yaşadıqları ölkələrdə geniş təbliğ etməyə çağırmışdır. BAK sədrinin müavini Elsevər Məmmədov ölkəmizin tarixi ərazisi olan Qarabağı və onun bir növ paytaxtı hesab edilən Şuşanın işğalı ilə heç vaxt barışmayacaqlarını bildirmişdir.
Diaspor fəallarından Musa İsayev, Aydın Abdullayev, Elxan İsayev, Samit Məmmədov, Baba Mustafayev, Tahir Paşayev, Yaqub Məmmədov, Oqtay Talıbov və Niyazi Əmikişizadə beynəlxalq təşkilatları ikili mövqedən əl çəkməyi, Şuşanın işğalına siyasi qiymət verməyi, ermənilərin işğalı altında olan Azərbaycan torpaqlarının tezliklə azad olunmasını tələb etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]