SUYUN KEYFİYYƏTİNƏ NƏZARƏT MÜHÜM VƏZİFƏDİR
QHT mütəxəssislərinin fikrincə, suyun keyfiyyətinə nəzarət su təchizatının yaxşılaşdırılması sahəsində mühüm vəzifələrdən biridir. Məsələn, Azərbaycanın suyu mühafizə idarələrinin məlumatına görə, hər il Kür və Araz çaylarının suyu ilə ölkəmizə min tonlarla həll olunmuş kimyəvi birləşmələr və metal birləşmələri daxil olur.
AZƏRTAC xəbər verir ki, QHT-nin hazırladığı təkliflərdə paytaxtda və rayonlarda içməli suyun daimi monitorinqi, habelə onun keyfiyyətinin dəyişməsi haqqında, lazım gəldikdə, həm sanitar-nəzarət xidmətlərinə, həm də ictimaiyyətə xəbər verilməsi nəzərdə tutulmuşdur.