Tacikistanda prezident seçkiləri keçirilmişdir
Düşənbə, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Tacikistanda prezident seçkiləri keçirilmişdir.
Tacikistan Seçki və Referendumlar Komissiyasından verilən xəbərə görə yerli vaxtla 20.00-da ölkədə yaradılmış 3158 seçki məntəqəsində səsvermə başa çatmışdır.
Seçkilərin ilkin nəticələri noyabrın 7-də, rəsmi nəticələr isə 10 gün müddətində elan olunacaqdır.
Seçkilərdə Tacikistan İqtisadi İslahatlar Partiyasından Olimjon Boboev, Aqrap Partiyadan Tolibbek Buxoriev, Tacikistan Sosialist Partiyasından Abduxalim Qafforov, Tacikistan Demokratik Partiyasından Saidjafar İsmonov, Kommunist Partiyasından İsmoil Talbakov və Tacikistan Xalq-Demokratik Partiyasından Emoməli Rahmon prezident kürsüsü uğrunda mübarizə aparmışlar.
Noyabrın 6-da həm də Tacikistanın Konstitusiya günüdür, buna görə də ölkədə iş günü deyildir.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadə və Azər Badamov Tacikistanda keçirilən prezident seçkilərini müşahidə etmişlər.
Tacikistan Prezidenti Emoməli Rahmon 1994-cü il noyabrın 6-da keçirilən prezident seçkilərində bu ölkənin dövlət başçısı seçilmişdir. O, 1999-cu və 2006-cı illərdə keçirilən seçkilərdə də qələbə qazanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]