Taekvondoçularımız III Avropa Oyunlarını iki medalla başa vurublar
Krakov, 26 iyun, AZƏRTAC
Azərbaycan taekvondoçusu Taleh Süleymanov (87 kq) Polşada keçirilən III Avropa Oyunlarını medalsız başa vurub.
AZƏRTAC xəbər verir ki, T.Süleymanovun səkkizdəbir finalda uduzduğu almaniyalı rəqibi Aleksander Baxmanın növbəti mərhələdə məğlub olması idmançımızın medalsız qalmasına səbəb olub.
Beləliklə, Azərbaycan taekvondoçuları yarışı iki medalla başa vurublar. Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal qazanıblar.
Xatırladaq ki, iyulun 2-dək davam edəcək III Avropa Oyunlarında 48 ölkədən 7 minə yaxın idmançı mübarizə aparır. Atletlər idmanın 29 növü üzrə 253 dəst medal uğrunda yarışırlar. Azərbaycan “Krakov-2023”də idmanın 13 növü üzrə 86 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]