Taekvondoçumuz Fəridə Əzizova Tokio Olimpiadası ilə erkən vidalaşıb
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan taekvondoçusu Fəridə Əzizova Tokio Olimpiadası ilə erkən vidalaşıb.
AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız debütdə ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gəlib.
F.Əzizova rəqibinə 8:5 hesabı ilə məğlub olub. O, ilk raundda 2:0 hesabı ilə üstün olsa da, ikinci raundda 0:5 hesabı ilə uduzub. Üçüncü raundda isə heç-heçə qeydə alınıb - 3:3.
Bu gün daha bir taekvondoçumuz dayanq üzərinə çıxacaq. Milad Beiqi Harçeqani (80 kq) Vei-Tinq Liu (Çin Taypeyi) ilə qarşılaşacaq.