Tahir Mirkişili: Bu il inflyasiya gözləntisinin 2,4 faiz təşkil etməsi uğurlu nəticədir
Bakı, 15 mart, AZƏRTAC
Hesabat ilində orta illik inflyasiyanın 8.8 faiz təşkil etməsi hökumət və Mərkəzi Bank tərəfindən görülən antiinflyasiya tədbirlərinin, monetar siyasətin müsbət nəticəsidir.
Bu il inflyasiya gözləntisinin 2,4 faiz təşkil etməsi cəmiyyətlə qurulan aktiv kommunikasiyanın uğurlu nəticəsi kimi qeyd edilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, 2023-cü ildə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq, xərclərinin 99,5 faiz səviyyəsində icra olunması təqdirəlayiqdir.
Tahir Mirkişili Nazirlər Kabinetinin hesabatının may ayında təqdim edilməsinin daha məqsədəuyğun ola biləcəyini deyib. Onun sözlərinə görə, bu, hesabatda təqdim edilmiş məlumatların daha dolğun və daha tam olmasına imkan verərdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:49]
Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub
- 15.10.2026 [13:42]