Tahir Mirkişili: Prezident İlham Əliyevin parlamentdəki nitqi bizim fəaliyyət planımızın əsasını təşkil edir
Bakı, 17 mart, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasındakı nitqi bizim fəaliyyət planımızın əsasını təşkil edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin iqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, dövlətimizin başçısının çıxışından tezislər Milli Məclisin qarşıda duran vəzifələrini müəyyənləşdirir və bizi daha məsuliyyətlə işləməyə vadar edir.
Komitə sədri deyib: “Fəallığımızı daha da artırmalıyıq. Yeni üsullardan istifadə etməklə kəmiyyətdən daha çox keyfiyyəti yüksəltməliyik. Hüquqi normativ baza daha da möhkəmləndirilməlidir.