TAMBLİNQ ÜZRƏ BAKI BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, qaliblər vintvarı, salto və kompleks hərəkətlərin yekunlarına görə müəyyən edilmişlər.
İdman ustaları arasında çoxnövçülükdə birinci yeri gimnastika məktəbinin nümayəndəsi Rahib Əliyev (25.43 bal), ustalığa namizədlər arasında Nizami rayonu idman məktəbinin yetirməsi Niyazi Ələkbərov fərqlənmişdir (23.3 bal).
Birinci dərəcəli idmançılar arasında gimnastika məktəbinin, ikinci və üçüncü dərəcəli gimnastlar arasında Nizami rayonu idman məktəbinin təmsilçiləri qalib gəlmişlər.
Tramplin-tamblinq üzrə yığma komandanın baş məşqçisi Arif Qafarovun sözlərinə görə, noyabrın 26-27-nə nəzərdə tutulmuş Azərbaycan birinciliyi bu il keçiriləcək sonuncu turnir olacaqdır.
O bildirmişdir ki, gələn ildən məktəb yarışlarının proqramına batutada hərəkətlər də daxil ediləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]