Tanınmış məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunan şahmat üzrə ilk qalibləri müəyyənləşib
Bakı, 7 dekabr, AZƏRTAC
Respublika Şahmat Mərkəzinin ilk direktoru, tanınmış məşqçi Fuad Cəfərovun xatirəsinə həsr olunan şahmat festivalının ilk qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Respublika Şahmat Mərkəzində keçirilən festival açıq (B), uşaq (C), rapid (D) və blits (E) turnirlərindən ibarətdir.
İsveçrə sistemi üzrə 7 turdan ibarət keçirilən rapid turniri artıq başa çatıb. Bu turnirdə 72 şahmatçı mübarizə aparıb. Yeddi turdan sonra Nail Bəşirli, Xəyalə Abdulla və Rəşad Zeynallı hərəyə 6 xal toplayaraq 1-3-cü yerləri bölüşdürüblər. Nail Bəşirli əlavə göstəricilərə görə yarışın qalibi adını qazanıb.
Uşaq turnirində 84 zəka sahibi qələbə uğrunda mübarizə aparır. Üç turdan sonra Read Səmədov, Həsən Əhmədli, Aydan Hüseynova, Səbinə Rzalı və Polad Salmanov 3 xalla zirvəni bölüşdürürlər.
Festivalın 71 şahmatçının iştirak etdiyi açıq turnirində isə birinci turun oyunları yekunlaşıb. İlk turdan sonra 33 şahmatçı aktivinə ilk xalı yazmağa nail olub.
Fuad Cəfərov memorialı dekabrın 13-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]