“Taraz” və “Liwa” tankerləri Aktau limanından 1 milyon tondan çox neft daşıyıb
Astana, 24 fevral, AZƏRTAC
2023-cü ilin dekabrından etibarən “Taraz” və “Liwa” tankerləri 163 ikitərəfli reys həyata keçirib və Aktau limanından 1 milyon tondan çox neft daşıyıb.
AZƏRTAC “KazMunayQaz” şirkətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda “Taraz” və “Liwa” tankerləri Xəzər dənizində Aktau-Mahaçqala və Aktau-Bakı marşrutları üzrə istismar olunur.
Sözügedən tankerlər “Caspian Integrated Maritime Solutions Ltd” birgə müəssisəsinə məxsusdur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana