Tarix Muzeyində nadir eksponatlar - üzərində təsvirlər olan daşlar nümayiş etdiriləcək
Bakı, 30 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin yeni təşkil olunan ekspozisiyasında nadir eksponatlar - üzərində müxtəlif təsvirlər, rəsmlər olan daşlar nümayiş etdiriləcək. Eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəllərinə aid olan həmin eksponatlar o dövrün təsərrüfat həyatını, məişətini əks etdirir.
Bu barədə AZƏRTAC-a müsahibəsində muzeyin şöbə müdiri Nasir Quluzadə məlumat verib. N.Quluzadə bildirib ki, təqdim olunan eksponatlar 1980-ci illərdə Mərdəkan və Şüvəlanda aşkar olunub. Onlar tariximizin tədqiqi baxımından çox dəyərli materiallardır.