Tariximizin silinməz yaddaşı - Anım Günü
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və İdarəetmə fakültəsində 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Tariximizin silinməz yaddaşı” adlı dəyirmi masa keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə fakültənin müəllim və tələbələri ilə yanaşı, Vətən müharibəsi qaziləri - Azər Şükürov, Azay Tağızadə, Şair Ağazadə və Vüsal Yusifov da iştirak ediblər.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra fakültə dekanı dosent Elçin Eyvazov, fakültə katibi dosent Pərviz Səmədov, İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının dosenti Rövşən Həsənov çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşündən söz açıblar.
Tədbir qazilərin döyüş xatirələri ilə davam edib.