COP29
Tay Yuan Sherng: Sinqapur pavilyonunda 100-dən çox tərəfdaşı bir araya gətirmişik
Bakı, 13 noyabr, AZƏRTAC
Biz COP29-dakı Sinqapur pavilyonunda 100-dən çox tərəfdaşı bir araya gətirmişik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Sinqapurun COP29-dakı pavilyonunun Təşkilat Komitəsinin sədri Tay Yuan Sherng söyləyib.
Pavilyonda 40-dan çox proqramın təqdim edildiyini vurğulayan Tay Yuan Sherng onların iqlim maliyyəsi, qida, su və enerji keçidi kimi müxtəlif mövzuları əhatə etdiyini deyib. Həmçinin bildirib ki, Sinqapurun Davamlılıq Nazirliyindən müxtəlif proqramlar üzrə 20 gənc də öz layihələrini təqdim edir.