Tayvan öz istehsalı olan ilk sualtı qayığı istifadəyə verib
Bakı, 28 sentyabr, AZƏRTAC
Tayvanın cənub-qərbində yerləşən Qaosyun şəhərində yerli istehsal olan “Haykun” adlı ilk sualtı qayığın suya buraxılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Tayvan administrasiyasının rəhbəri Tsay İnven də iştirak edib.
İnşası 2020-ci ildə başlayan sualtı qayığın su tutumu 2,5-3 min tondur. “Haykun” Mk-48 torpedalarını atmaq üçün altı aparata malikdir. Bu seriyadan olan digər sualtı qayıqların gəmi əleyhinə “UGM-84 Harpoon” tipli qanadlı raketlərlə təchiz olunacağı gözlənilir. Ümumi maliyyəsi 9,73 milyard dollarlıq proqram çərçivəsində bu tipdən olan səkkiz sualtı qayığın inşası planlaşdırılır.
Hazırda Tayvan donanmasında dörd ədəd dizel-elektrik sualtı qayığı fəaliyyət göstərir. Onlardan ikisi 1940-cı illərdə ABŞ-da istehsal edilib və təlim məqsədilə istifadə olunur. Digər ikisi isə 1980-ci illərdə Niderlandda hazırlanan “Zvardvis” sualtı qayığının modifikasiyasıdır. Tayvan 2027-ci ilədək daha bir sualtı qayığı istifadəyə verməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]