Tbilisi Şəhər Məhkəməsi sabiq müdafiə naziri barəsində həbs qətimkan tədbiri seçib
Tbilisi, 13 sentyabr, AZƏRTAC
Tbilisi Şəhər Məhkəməsi vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılmasında təqsirləndirilən sabiq müdafiə naziri Cuanşer Burçuladze barəsində həbs qətimkan tədbiri seçib.
AZƏRTAC xəbər verir ki, bununla da hakim ittiham tərəfinin vəsatətini təmin edib.
Bundan əvvəl müdafiə tərəfi sabiq nazirin zaminə buraxılması ilə bağlı vəsatət qaldırsa da, hakim təmin etməyib.
Sabiq müdafiə naziri 1 milyon 593 min 212 lari məbləğində qeyri-qanuni və əsassız gəliri leqallaşdırmaqda ittiham olunur.
Cuanşer Burçuladzeyə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsinin “c” bəndi və 332-ci maddəsinin 2-ci hissəsi, yəni, dövlət və ya siyasi vəzifə tutan şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı ittiham irəli sürülüb. Qeyd olunan əməl 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.02.2026 [18:02]
Çin və ABŞ liderlərinin telefon danışığı olub
- 04.02.2026 [17:38]
Norveçdə vəliəhd şahzadənin oğlunun işi üzrə məhkəmə prosesi keçirilir
- 04.02.2026 [16:13]
Ukraynaya cari ildə ilk ABŞ mayeləşdirilmiş təbii qazı çatdırılıb
- 04.02.2026 [16:09]
Fransa Nuuka baş konsul təyin edib
- 04.02.2026 [16:05]
İsrailli alimlər dərinin immun sistemində aktiv rolunu üzə çıxarıb
- 04.02.2026 [16:03]
ABŞ dövlət həbsxanalarında daha təhlükəli və amansız şərait yaranıb
- 04.02.2026 [15:55]