Tbilisidə GUAM PA-nın 10-cu sessiyası keçiriləcək
Tbilisi, 14 dekabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisi şəhərində dekabrın 17-19-da GUAM Parlament Assambleyasının 10-cu sessiyası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycan parlament nümayəndə heyətinin də iştirak edəcəyi sessiyada GUAM ölkələri arasında əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da genişləndirilməsi, bu sahədə qanunverici orqanların rolu və s. məsələlər müzakirə olunacaq.
Sessiyada Azərbaycanı Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli və digər rəsmi şəxslər təmsil edəcəklər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi