TBİLİSİDƏ QULDURLAR “GEOSEL” ŞİRKƏTİNİN ƏMƏKDAŞLARINA BASQIN ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisi şəhərinin Cavaxişvili (keçmiş Elbakidze) küçəsində mayın 31-i axşam dörd nəfər silahlı quldur “Geosel” mobil rabitə şirkətinin əməkdaşlarına hücum edərək, avtomobildə olan təqribən 40 min larini (20 min ABŞ dolları) aparmışlar. Quldurlar “Geosel”in üç nəfər əməkdaşı əyləşən “Folsvagen” markalı avtomobili “Makarov” tipli tapança və Kalaşnikov avtomatından atəşə tutmuşlar. Atışma nəticəsində iki nəfər ağır yaralanmışdır. Zərərçəkənlər Tbilisidəki 5 saylı xəstəxanaya yerləşdirilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [19:17]
İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib
- 22.09.2026 [19:15]
ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq
- 22.09.2026 [19:06]
Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir
- 22.09.2026 [18:49]
Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür
- 22.09.2026 [18:33]