TEATR MÖVSÜMÜ “O OLMASIN, BU OLSUN“ TAMAŞASI İLƏ AÇMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı mövsümü sentyabrın 18-də dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsəri əsasında xalq artisti, rejissor Cənnət Səlimovanın yeni quruluşunda eyniadlı tamaşa ilə açmışdır.
Böyük bəstəkarımızın bütün əsərləri kimi, “O olmasın, bu olsun” da öz sadəliyi, milli koloriti, reallığı ilə əsrlərin sınağından şərəflə çıxmışdır, nəsillər və zövqlər dəyişsə də o, öz aktuallığını qoruyub saxlamışdır. Tamaşada Məşədi İbad obrazını əməkdar artist Ramiz Məmmədov canlandırmışdır. Gülnazı İnarə Babayeva, Sərvər rolunu Ramil Qasımov oynamışlar.
Görkəmli aktyorlarımız - xalq artistləri Afaq Bəşirqızı və Arif Quliyev də gənc həmkarları ilə bərabər səhnəyə çıxmışlar.
Əsərin dirijoru Nazim Hacıəlibəyov, rəssamı əməkdar rəssam İsmayıl Məmmədov, baletmeysterləri Zakir və Yeganə Ağayevlər, xormeysteri Vaqif Məstanovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]