TEATR MÖVSÜMÜ “SARA XATUN” TAMAŞASI İLƏ AÇMIŞDIR
AZƏRTAC xəbər verir ki, Dövlət Gənclər Teatrı yeni mövsümü sentyabrın 17-də Nizami Saraclının “Sara Xatun” əsəri əsasında rejissor, əməkdar incəsənət xadimi Rəhman Əlizadənin quruluşunda eyniadlı tamaşa ilə açmışdır.
Tamaşada Sara Xatunun həyat və diplomatik fəaliyyətindən bəhs edilən məqamlar, onun Ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında Osmanlı sultanı II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsinin əhəmiyyəti diqqətə daha qabarıq çatdırılmışdır.
Sara Xatun obrazını respublikamızın əməkdar artisti Qəmər Məmmədova canlandırmışdır. Əsas rollarda teatrın aparıcı aktyorları -əməkdar artist Ayşad Məmmədova, aktyorlardan Ədalət Əbdülsəmədov, Rəşad Səfərov, Qədirhüseyn İsmayılov və başqaları çıxış etmişlər.
Yeni səhnə əsərinin rəssamı Vüqar Əlidir.
Maraqla qarşılanan tamaşada SSRİ xalq artisti, dövlət mükafatı laureatı, bəstəkar Fikrət Əmirovun musiqisindən istifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]