Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təbii fəlakətin bir ili və ya yapon xalqının yaddaşı

Tokio, 11 mart (AZƏRTAC). Martın 11-də bütün Yaponiya ərazisində, həmçinin dünayanın bir çox ölkələrində ötən ilin həmin günündə baş vermiş zəlzələnin və sunaminin ildönümünə həsr edilmiş matəm tədbirləri keçirilmişdir.

Paytaxt Tokiodakı Milli Teatrda təşkil edilmiş anma mərasimində İmperator Akihito və Baş nazir Yoşihiko Noda da iştirak etmişlər.

Zəlzələnin baş verdiyi saatda, yəni yerli vaxtla saat 14.46 dəqiqədə bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan edilmişdir. Fəlakətin baş verdiyi ərazilərə və məbədlərə gələn insanlar həlak olanların ruhuna dualar oxumuş, onaların xatirəsini bir dəqiqəlik sükutla anmışlar.

Son məlumatlara əsasən, Yaponiyada fəlakət nəticəsində 15 854 nəfər həlak olmuşdur. Daha 3167 nəfərin itkin düşdüyü bildirilir. Hazırda hökumət onların da həlak olduğunu təsdiq etmək üçün hazırlıq işlərinə başlamışdır. Bundan əlavə, sunaminin dağıtdığı ərazilərdə 350 min insan evsiz qalmışdır. “Fukusima-1” Atom Elektrik Stansiyasında (AES) baş vermiş qəza nəticəsində isə 80 min insan təhlükəli ərazidən təxliyə edilmişdir.

Ötən bir il ərzində dünyanın aparıcı KİV-lərinin ən çox diqqət ayırdığı mövzulardan biri, şübhəsiz, Yaponiyanın şimal-şərqində baş vermiş dəhşətli zəlzələ və onun doğurduğu fəsadlar olmuşdur. Faciənin baş verdiyi vaxtdan bir il keçməsinə baxmayaraq, bu gün də dünya mediası həmin mövzuya xüsusi diqqət ayırmaqdadır.

Zəlzələ, onun doğurduğu dəhşətli sunami və “Fukusima-1” AES-dəki qəza haqqında mətbuat materiallarında bir məqam diqqəti xüsusilə cəlb edir. Bu məqam dünyanın istənilən ölkəsi üçün aktual əhəmiyyət kəsb edən XXI əsrdə risklərin idarə edilməsi məsələsidir. Yapon xalqı təbii fəlakətlə mübarizədə əsrlər boyu əldə etdiyi və yaddaşında çox möhkəm qoruyub saxladığı təcrübə nəticəsində dünyanı heyran qoyan faciəni qarşılamaq bacarığı, dözümlülük və sarsılmazlıq nümayiş etdirdi. Ötən il martın 11-də baş vermiş zəlzələnin yaratdığı sunami nəticəsində dəniz suları ölkənin sahil ərazilərini öz ağuşuna alan zaman buradakı əhalinin 90 faizindən çoxu təhlükəsiz yerlərə köçürülmüşdü.

Çox təəssüf ki, bu təhlükəsizlik tədbirləri Yaponiyanın hələ bu gün də mübarizə apardığı “Fukusima-1” AES-dəki qəza nəticəsində gözlənilməz problemlərlə üzləşdi. Lakin bununla belə Yaponiya bu gün sağ qalan əhalinin əksəriyyətinin, xüsusən də uşaqların xilas edilməsində xüsusi rol oynamış əvvəlcədən xəbərdarlıq etmə sisteminin mükəmməlliyi, təhlükəsizlik siqnalları və məktəb proqramlarında geniş yer ayrılmış müxtəlif fəlakətlər zamanı zərərin minimuma endirilməsi sistemi ilə fəxr edə bilər.

Bu gün dünya ölkələri təbii fəlakətlər zamanı insan tələfatının qarşısının alınmasına böyük diqqət ayırırlar. Həyata keçirilən tədbirlər nəticəsində əhalinin sayına görə ölüm riski nə qədər azalsa da, hər il təbii fəlakətlər zamanı 200 milyondan çox insan tələf olur. Bundan əlavə, iqtisadi xərclər də artır. Bu sahədə ötən il sığorta məsrəfləri rekord həddə çataraq 380 milyard dolları ötmüşdür.

Ötən 40 ildə yer üzündə əhalinin sayı təxminən iki dəfə artaraq 7 milyarda çarmışdır. Lakin tropik siklonların da qlobal təsiri 3 dəfə artmışdır. Hər il 100 milyon insan daşqınlar təhlükəsi ilə qarşılaşır, 370 milyondan çox insan isə seysmik təhlükəli ərazilərdə yaşayır.

Müasir urbanizasiyanın artım sürətinə və lazımi ehtiyatlarla təmin edilmiş şəhərlərin texnoloji bazasına nəzər salsaq görərik ki, “sinxron imtina” riski də getdikcə artmaqdadır. Buna ən yaxşı nümunə Yaponiyada ötən il baş vermiş dəhşətli zəlzələ misal ola bilər. Zəlzələ Yaponiya elektrik şəbəkəsinin ərazidəki əsas bazasını sıradan çıxarmaqla, “Fukusima-1” AES-də istifadə olunmuş nüvə yanacağını soyutma sisteminin enerji təminatını dayandırmış və nəticədə 1986-cı ilin Çernobıl qəzasına bərabər nüvə fəlakəti baş vermişdir.

Daha geniş nəticə isə, şübhəsiz, arzuolunmazdır. Çünki təbii fəlakət enerji təminatı sisteminin işini dayandırırsa, deməli digər əlaqəli sistemlərdə də domino effekti baş verməsi ehtimalı çox yüksəkdir. Beləliklə, bank və maliyyə, dövlət xidməti, nəqliyyat və rabitə, həmçinin içməli su təchizatı sistemlərində də funksionallıq pozulur.

Deməli, belə nəhəng fəlakət müasir təsərrüfat sisteminin və infrastrukturun zəifliyini nümayiş etdirdi. Lakin, eyni zamanda, vurğulamaq lazımdır ki, bu, Yaponiya dövlətinin, cəmiyyətinin və milli iqtisadiyyatın möhkəmliyini və çevikliyini göstərdi.

Gəlin, unutmayaq ki, təbii fəlakət Yer kürəsinin əhalinin ən sıx yerləşdiyi ərazisində - Honsü adasında baş vermişdir. Burada 230 min kvadratkilometr ərazidə 100 milyon insan yaşayır, 1 kvadratkilometr torpaq sahəsinə isə 435 nəfər düşür.

Öz gücünə görə tayı-bərabəri olmayan zəlzələ dünyanın Tokio və Osaka kimi nəhəng meqapolislərində heç bir dağıntı yarada bilmədi, nəqliyyat və enerji kollapsları baş vermədi, nəhayət, heç bir çaxnaşma, təlaş yaşanmadı. Göydələnlər bu zərbələrə sinə gərdi, yeraltı təkanların və sunaminin yaratdığı faciəyə baxmayaraq, yaponlar soyuqqanlılıqlarını itirmədilər, mütəşəkkil formada öz evlərini və ofislərini tərk edərək daha təhlükəsiz yerlərdə toplaşdılar.

Fövqəladə xidmət və ordu vaxtında zərərçəkənlərin köməyinə gələrək, bacardığı qədər onlara yardım etdi.

Gəlin, belə bir həqiqəti etiraf edək ki, bu gücdə faciə dünyanın hər hansı başqa ölkəsində baş versəydi, həlak olanların sayı qat-qat çox olardı.

Fikrimizcə, digər ölkələrlə müqayisədə Yaponiyanın daha az zərər çəkməsi bu xalqın milli xüsusiyyətlərindən irəli gəlir. Yaponlar hər zaman, necə deyərlər “vulkan üzərində yaşadıqlarını” yaxşı xatırlayırlar və buna görə də öz nəqliyyat və tikinti texnologiyalarını daim təkmilləşdirərək belə təbii fəlakətlərdən daha az ziyanla çıxmağa nail olurlar.

Bundan başqa, bütün yaponlar hər il sentyabrın 1-də-“Kanto günü”ndə fövqəladə hallarda hansı hərəkətləri yerinə yetirməli olduqlarını məşq edir, öz bacarıq və vərdişlərini möhkəmləndirirlər. Əgər buraya fövqəladə hallar zamanı yaponların ənənəvi qapalılıqdan uzaqlaşmasını, daxili intizamının, məsuliyyətliliyinin və heyranedici həmrəyliyinin qüvvətlənməsini də əlavə etsək, hər şey aydın olar. Məhz bütün bunlar xalqı sıx birləşdirir, əsl vətənpərvər qüvvəyə çevirir, çətin saatlarda fədakarcasına çalışaraq dağıntıları aradan qaldırmağa imkan yaradır.

Zənnimizcə, Yaponiyada baş vermiş faciə bir daha təsdiq etdi ki, qabaqcıl ölkənin inkişaf etməkdə olan ölkələrdən fərqi yalnız ÜDM-nin həcmində, yeni texnologiyaların tətbiqində, adambaşına düşən gəlirdə deyil, insan həyatına verilən qiymətdə, dövlətin və cəmiyyətin onun qorunması üçün heç bir vəsait sərfindən çəkinməməsindədir.

Yapon xalqına gəldikdə isə o, öz səhvindən öyrənməyi həmişə bacarmışdır. Bunu hüzn günü ərəfəsində təbii fəlakət ərazisində qoyulmuş xatirə daşları da təsdiq edir. O daşların üzərində yazılmışdır: “Sunaminin bizə verdiyi dərsi həmişə xatırlamalıyıq”. Qədimdə belə daşlar xəbərdaredici xarakter daşıyırdı - dənizə çox yaxın yaşamaq lazım deyil. Bu dəfə suyun çatdığı ən son əraziyə kimi həmin daşların sayı 500-ə çatmışdır. Çünki, bu daşlar hər kilometrdən bir qoyulmuşdur. Yaddaşı qüvvətli olan xalq isə tarix boyu qarşılaşdığı fəlakətlərdən düzgün nəticə çıxarmağa və bu fəlakətlər təkrar baş verdiyi zaman ondan maksimum az itki ilə çıxmağa həmişə qadir olmuşdur.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

Henri B. Kaqan və Kenso Soai kimya üzrə Nobel mükafatı aldılar

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib