TƏBRİZDƏ AZƏRBAYCAN ŞAİRİ ƏLİ KƏRİMİN ŞEİRLƏR KİTABI NƏŞR EDİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmaları İnstitutu direktorunun müavini, filologiya elmləri namizədi Paşa Kərimov AZƏRTAC-a bildirmişdir ki, Təbrizin “Əxtər” nəşriyyatı tərəfindən şair Əli Kərimin “Qaytar ana borcunu” adlı şeirlər kitabı çap olunmuşdur.
Kitaba yazılmış “Ön söz”də İran oxucularına Əli Kərimin həyat və yaradıcılığı barədə məlumat verilir, onun ədəbi ictimaiyyət və mənsub olduğu xalq tərəfindən geniş məhəbbət qazanmasından, yenilikçi şair kimi tanındığından bəhs edilir.
Kitaba Əli Kərimin “Seçilmiş əsərləri”nin Bakı nəşrindəki şeirləri daxil edilmişdir. Şeirləri ərəb əlifbasına Şəhram Gülkar çevirmişdir. Cildin rəssamı Rəhim Kuhidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]